İdarəetmə kafedrasının növbəti iclası keçirilib

29 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasının növbəti iclası keçirilib. Kafedra müdirinin sədrliyi ilə baş tutan iclasda fəaliyyət planına uyğun olaraq tədris, kadr və elmi-tədqiqat məsələlərini əhatə edən vacib mövzular müzakirə olunub. İclasın gündəliyinə uyğun olaraq, ilk öncə kafedranın müəllimi Lamiə Babayevanın “Biznesin idarə edilməsi” ixtisasının II kursunda “Firmanın idarə edilməsi” fənni […]

Davamı

İqtisadiyyat kafedrasının müəllimi Lalə Hüseynovanın elmi-nəzəri seminarı maraqla qarşılanıb

Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması və aktuallıq kəsb edən iqtisadi məsələlərin müzakirəsi məqsədilə növbəti elmi-nəzəri seminar baş tutub. İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat kafedrasının müəllimi Lalə Hüseynovanın təqdimatında keçirilən seminar “Aqrar sahədə marketinqdən səmərəli istifadə yolları” mövzusuna həsr olunub. Seminarda fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani […]

Davamı

“Ortaq gələcək naminə dialoq” mövzusu müasir dünyanın birgə əməkdaşlığa ehtiyacını ifadə edir.

27 oktyabr 2026-cı iı tarixdə Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri, beynəlxalq təşkilatların rəhbərlərini və fərqli mədəniyyətlərin təmsilçilərini bir araya gətirən bu möhtəşəm tədbir, qlobal sülhün və qarşılıqlı anlaşmanın […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsi dahi Nizaminin 885 illik yubileyinə həsr olunmuş möhtəşəm elmi-bədii tədbir keçirdi

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Nizami Gəncəvi Muzeyinin birgə təşkilatçılığı ilə Şərq renesansının nəhəng siması, dahi şair Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş zəngin məzmunlu elmi-bədii tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Mədəni İrsin […]

Davamı

Məhərrəm Babayevin təqdimatında: Sosial media reklamlarının incəlikləri tələbələrə izah olundu

Fakültəmizdə tədrisin keyfiyyətinin artırılması, müasir trendlərin tələbələrə çatdırılması və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə növbəti açıq dərs təşkil olunub. Açıq dərs “Marketinq” ixtisasının IV kurs tələbələri üçün “Rəqəmsal marketinq” fənni çərçivəsində baş tutub. Dərsi Menecment və turizm işi kafedrasının müəllimi İqtisad elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Babayev tədris edib. Dərsdə Menecment və turizm işi kafedrasının […]

Davamı

“Turizm bazarının seqmentləşdirilməsi” mövzusunda baş müəllim Gülnarə Turabovanın açıq dərsi keçirilmişdir

Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment və turizm işi kafedrasının baş müəllimi Gülnarə Turabova tərəfindən “Turizm işinin təşkili” ixtisasının III kurs tələbələrinə açıq dərs keçirilib. “Turizm marketinqi” fənni üzrə təşkil olunan dərsin mövzusu “Turizm bazarının seqmentləşdirilməsi” olub. Dərsdə Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev,  İqtisad elmləri doktoru, professor əvəzi Arzu […]

Davamı

Gəncədə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgidə tələbələrimiz iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını əks etdirən əl işlərindən ibarət satış-sərgi keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət […]

Davamı

“Statistika” fənnindən Elşad Fərzalıyevin açıq dərsi uğurla keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tədris prosesində təhsilin keyfiyyətinin artırılması və qabaqcıl pedaqoji təcrübələrin tətbiqi istiqamətində tədbirlər uğurla davam etdirilir. Növbəti belə tədbirlərdən biri İdarəetmə kafedrasının müəllimi Elşad Fərzalıyev tərəfindən keçirilən açıq dərs olmuşdur. Açıq dərs Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının II kurs tələbələrinə Statistika fənninin “Dinamika sıraları, onların növləri […]

Davamı

Menecment və turizm işi kafedrasının növbəti iclası keçirildi

23 oktyabr 2026-cı il tarixində Menecment və turizm işi kafedrasının növbəti iclası baş tutmuşdur. Gündəlikdə duran mühüm tədris, elmi və təşkilati məsələlərin geniş müzakirə olunduğu iclasda aşağıdakı qərarlar qəbul edilmiş və müvafiq işlər yekunlaşdırılmışdır: İclasda qəbul olunan qərarların tədris keyfiyyətinin daha da artırılmasına və elmi faəliyyətin səmərəliliyinə töhfə verəcəyi vurğulanmışdır.

Davamı

Biliyin və arqumentlərin mübarizəsi: Tələbə Elmi Cəmiyyətində həyəcanlı debat baş tutdu!

Bu gün fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə tələbələrin böyük marağına səbəb olan, gərgin və maraqlı bir debat yarışı keçirildi. Müzakirənin ana mövzusu müasir idarəetmədə hər zaman aktuallığını qoruyan bir sual oldu: “Uğurlu rəhbər sərt, yoxsa demokratik olmalıdır?” Sədr Turqay Daşdəmirlinin idarəçiliyi ilə baş tutan debatda hər iki tərəf öz mövqeyini əsaslandırmaq üçün dərin […]

Davamı